​Gəncə hadisələrində həbs olunanların valideynləri etiraz edirlər - CANLI

Baxış sayı:
4624

Gəncə hadisələrində həbs olunan gənclərin valideynləri etiraz edirlər.
"Yeni Sabah"ın məlumatına görə, onlar hazırda Prezident Admininstrasiyasının qarşısındadırlar.  Valideynlər bildirirlər ki, prezidentə Gəncə hadisələri ilə bağlı yanlış məlumat verilir:
"Xahiş edirik səsimizi eşidin. Uşaqlarımız azad olunmalıdır. Ordakı polislər olmazın işgəncələrini verirlər. Uşaqları əli qandallı otuzdururlar. Vəkillərimiz neçə dəfə vəsatət qaldırıb, amma qəbul edilmir. Niyə məhkəmə sistemində bu qədər özbaşınalıq? Prezidentin bunlardan xəbəri yoxdur".