“Golan Təpələri”nin tanınmasının əsas iki səbəbi

Baxış sayı:
6940

ABŞ prezidenti Trampın İsrailin işğal etdiyi Suriya ərazisi olan “Golan Təpələri”ni İsrailin torpağı kimi tanımasının əsas 2 səbəbi diqqəti cəlb edir. Birincisi, yaxınlaşan İsrail parlament seçkiləridir ki, bu qərarın məhz bu ərəfədə verilməsi Trampın Netanyahuya dəstəyi olaraq qəbul edilir. Bu isə o anlama gəlir ki, Tramp yaxın bir neçə ildə Netanyahunu İsrailin baş naziri kimi görmək istəyir.
 
İkincisi isə “Golan Təpələri”nin geosiyasi əhəmiyyət daşımasıdır ki, bu qərarın arxasında bölgədəki su və neft qaynaqları durur. Nəzərə almaq lazımdır ki, “Golan Təpələri”nin altında böyük neft yataqları mövcuddur. Bu neftin ümumi həcmi Səudiyyə Ərəbistanının ümumi neft ehtiyatlarından çoxdur. İndiki şəraitdə burada neft kəşf edən də Amerika Birləşmiş Ştatlarının neocon Sionistlərinin bir araya gəldiyi “Genie Energy” şirkətidir.
Əslində “Golan Təpələri”nin ABŞ tərəfindən İsrailin torpağı olaraq tanınmasının beynəlxalq hüquq kontekstində bir məna ifadə etmədiyi bəllidir və bundan əvvəl də ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq qəbul etmişdi. İndi də İsraildən heç bir hüquqi öhdəliyi olmayan bir fərmanla “Golan Təpələri”nin İsrailə aid olduğunu qəbul edib.
 Bu qərar bölgənin İsrail torpağı olduğunu ifadə etməz. Amma ABŞ-a neft kimi geosiyasi əhəmiyyət qazandırır, Netanyahunu növbəti illərdə baş nazir edə bilər ki, bu da ABŞ-dakı gələcək prezident seçkilərində Trampa Yəhudi lobbisi, evangelistlər və Sionist neoconların dəstəyini təmin edə bilər.
Müxalifət.az