Göyçayda bədbəxt hadisə

Baxış sayı:
4576

Göyçay şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ 21099” markalı minik avtomobili yolu keçməyə çalışan piyadanı vurub. Hadisə nəticəsində Göyçay şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlu yaralı vəziyyətdə  təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.