Güney Azərbaycanı seldən sonra qar vurdu - SON VİDEO
25-03-2019 20:59
Baxış sayı:
5401

Güney Azərbaycanda davam edən kəskin hava şəraiti həyatı iflic edib.
Muxalifet.az xəbər verir ki, bu gün Ərdəbil, Mərənd, Sərab, Urmiya, Həmədan kimi şəhərlərinə qar yağıb, bəzi ərazilərə isə dolu düşüb. Nəticədə avtomobillərin hərəkəti məhdudlaşıb, yollar bağlanıb.
Sel fəlakətinin 2 günə Təbrizə çatacağı, Təbriz, eləcə də Qaradağın su altında qalacağı ehtimal edilir.
Qeyd edək ki, son günlər İranda hava durumundan dolayı vəziyyət getdikcə pisləşir. Yağan güclü yağışlar şəhərlərin su altında qalmasına, yaşayış yerlərinin uçmasına, insan itkisinə və digər maddi-mənəvi zərərə səbəb olub. Hazırkı hava şəraitinin martın 27-sinə kimi davam edəcəyi bildirilir.