​Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq - FOTO

Baxış sayı:
7600

Xəbər verdiyimiz kimi, Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacaq. 
Heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (qazon), İstiqlaliyyət küçəsində ucaldılması nəzərdə tutulur.
Muxalifet.az oxu.az-a istinadən heykəlin ucaldılacağı ərazinin fotosunu təqdim edir:
Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüş zamanı Əməkdar artist Bəhram Bağırzadə Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif edib. Prezident Bəhram Bağırzadənin təklifini bəyənib.

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq - FOTO

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq - FOTO