Hərbçiləri daşıyan avtomobil qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR
24-03-2019 13:39
Baxış sayı:
1087

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.
Hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.