İki fəhlə Rusiya hökumətini rabitəsiz qoyacaqdı
26-03-2019 20:29
Baxış sayı:
6739

Moskvada iki fəhlə hökumətin rabitəsi üçün nəzərdə tutulan kabelləri oğurlamaq istəyərkən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Mühafizə İdarəsinin İctimaiyyətlər Əlaqələr Şöbəsinin rəhbərinin müavini Denis Simonov deyib.
O, insidentin dünən Böyük Moskvoretsk Körpüsünün rekonstruksiyası zamanı yaşandığını bildirib. Simonov həmçinin kabeli oğurlayan işçilərdən birinin körpüdən tullanaraq qaçmaq istədiyini, amma son anda yaxalandığını bildirib.
Bu şəxslərin kabeli niyə oğurladıqları məsələsinə Simonov aydınlıq gətirməyib.