“İki ölkə İdlibdə təxribat törədəcək” – Rusiya açıqladı

Baxış sayı:
4807

 Rusiyanın Müdafiə Nazirliyi Fransa və Belçika kəşfiyyat əməkdaşlarının İdlibə kimyəvi maddələr gətirərək təxribat törədəcəyini iddia edib.
 
Rusiya Müdafiə Nazirliyi İdlibdəki döyüşçülərin Fransız və Belçikalı xüsusi xidmət əməkdaşlarının köməyi ilə Suriya ilə Rusiyanı mülki əhaliyə qarşı kimyəvi silah istifadə etməklə günahlandırmaq üçün yeni bir təxribat hazırladığını bildirib.
Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzinin rəisi general-mayor Viktor Kupçişin İdlibdəki döyüşçülərin dinc əhaliyə qarşı kimyəvi hücum təxribatı hazırlığını, bunun üçün Fransa və Belçika xüsusi xidmətlərinin nümayəndələrinin İdlibə gəldiyini söyləyib.
 
Fransız və Belçikalı kəşfiyyatçılar HTŞ terrorçuları ilə görüşüb
 
 Fransız və Belçikalı xüsusi xidmət əməkdaşlarının Heyət Təhrir Şam (HTŞ) liderləri ilə görüşdüyü ifadə edilib. Görüşdə, Rusiya və Suriyanın "kimyəvi silah istifadə etdiyini göstərəcək çəkilişlərin təşkil olunmasının müzakirə edildiyi bildirilib.
“Çəkilişlərdə iştirak edəcək və kimyəvi silah nəticəsində yaralıları oynayacaqlar üçün adambaşına 100 dollar ödənəcəyi təsdiq olunub" deyən Kupçişin, Belçika xüsusi xidmət əməkdaşlarının daha sonra Rusiyanı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq üçün Rus Hava Kosmik Qüvvələrinin döyüşçülərin İdlibdəki silah anbarlarına hava zərbəsinin videosunu çəkdiyini bildirib.
 
23 martda kimyəvi maddələr İdlib gətirildi
 
 Fransız xüsusi xidmət əməkdaşlarının nəzarətində İdlibə 23 mart günü oksigen və qaz balonları adı altında kimyəvi maddələrin gətirildiyini bildirən Kupçişin, təxribat təşkilatçılarının bu maddələrdən istifadə edəcəyini, kimyəvi hücumun qaçqınları da hədəf alacağını deyib.
Kupçişin Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzinin qanunsuz silahlı qrupların liderlərini təxribatlardan əl çəkməyə və nəzarətləri altında olan bölgədə sülh ilə həll axtarışı yoluna qədəm qoymağa çağırdığını da sözlərinə əlavə edib.
Müxalifət.az