"İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm" - EMİN MİLLİ

Baxış sayı:
2476

Siyasi mühacir, meydan.tv layihəsinin əsas siması olan Emin Milli facebookda bir yazı paylaşıb. Muxalifet.az həmin yazını təqdim edir:

"İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.

Azərbaycanda 127 siyasi məhbus var. Onların günahsız həbsə atıldığı istər ölkə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə bəllidir. Hesab edirəm ki, bu gün onların bir qisminin azad edilməsi zəifliyn deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir.