İngiltərənin xüsusi təyinatlı əsgərləri vuruldu

Baxış sayı:
5980

Britaniyaya məxsus xüsusi təyinatlı əsgərlər Yəməndə gizli hərbi əməliyyatlar zamanı beş komandosu ağır yaralanıb.
 
İngilis “Daily Mail” qəzeti İngiltərənin Yəməndə silahlı qarşıdurma əsnasında İngilis hərbi qüvvələrinə məxsus xüsusi təyinatlı əsgərlərdən beş nəfərinin yaralandığını yazıb.
Xəbərdə komandoların silahlı münaqişələr zamanı İranın dəstəklədiyi üsyançı hərbçilər tərəfindən yaralandıqları qeyd olunub.
Qəzetin məlumatına görə, silahlı qarşıdurma Yəmənin şimalında Sayıdah bölgəsində baş verib. Əsgərlərin İngiltərədə müalicə aldığı bildirilib.
 “The Daily Mail” Yəməndə döyüşən İngilis hərbi qüvvələrinin ortaya çıxmasının İngiltərədə sərt tənqidlərə səbəb olduğunu xəbər verib.
 Müxalifət.az