İran XİN rəhbəri Trampı tənqid atəşinə tutdu
1-04-2019 13:32
Baxış sayı:
7516

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampun İran siyasətini "uğursuz" hesab edib.
Cavad Zərif Trampun İran siyasətinin müvəffəqiyyətsiz olduğunu söyləyərək sosial şəbəkə hesabında etdiyi açıqlamada, "Tramp İrana yönəlik siyasəti müvəffəqiyyətsiz olduğu üçün hər cür boş bəhanələrə müraciət edir" deyib.
Trampın sıravi İran vətəndalarına narahatlıq verməkdən məmnuniyyət duyduğunu yazan Zarif, "ABŞ-ın köhnə prezidentləri kimi Tramp da İranlıların təzyiqlərə baş əyməyəcəyini öyrənəcək” deyib.
Müxalifət.az