İsrail müdafiə nazirinin xidmətçisi həbs edildi - İRANA CASUSLUQDA ŞÜBHƏLİ BİLİNİR...

Baxış sayı:
787

İsrailin müdafiə naziri Beni Qansın evinin xidmətçisi İranın xeyirinə casusluqda şübhəli bilinir.

“RİA Novosti” xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) bildirib.

“İsrailin Ümumi Təhlükəsizlik Xidməti ilə polisinin birgə fəaliyyəti nəticəsində 2021-ci ilin noyabrında müdafiə nazirinin evini təmizləyən İsrail vətəndaşı Omri Qoren sorğu-sual üçün həbs edilib. Araşdırma zamanı sübut olunub ki, Omri öz təşəbbüsü ilə həbs olunmazdan bir neçə gün əvvəl sosial şəbəkələr vasitəsilə nazirin evinə girişi olduğunu nəzərə almaqla İrana aid bir neçə təşkilata müxtəlif yardımlarını təklif edib”, - ŞABAK-dan vurğulanıb.

Xadimə Qansın kompüterinə ziyanlı proqram təminatı quraşdırmağı təklif eib. O, nazirin mənzilinin, eləcə də kompüterinin fotolarını qarşı tərəfə göndərməkdə şübhəli bilinir.

ŞABAK qeyd edib ki, Omrinin dövlət əhəmiyyətli məlumatlara girişi olmadığı üçün onun fəaliyyəti nəticəsində İsrailin təhlükəsizliyinə ziyan dəyməyib./report