“İsrailə qarşı olmaq antisemitizm deyildir” – Keçmiş kəşfiyyat naziri

Cənubi Afrikanın keçmiş kəşfiyyat naziri və irqçilik əleyhinə aktivist Ronnie Kasrils Qərbdə son illərdə artan İsrail ziddiyyətini antisemitizm kimi təqdim etmə səylərinə təpki göstərərək “İsrail və Sionizm ziddiyyəti antisemitizm yalanına etibar etməyin” deyib.
Kasrils “Boykot, Təcrid, Sanksiyalar” (BDS) hərəkatı tərəfindən İsrail Apartheidi (İrqi Ayrı-seçkilik) həftəsi çərçivəsində keçirilən konfransda çıxış edib.
Bələdiyyəyə bağlı Volkskundemuseumda həyata keçirilməsi planlaşdırılan konfransın "BDS-nin antisemitist bir əməl olduğu səbəbilə" Vyana Bələdiyyəsi tərəfindən ləğv edilməsinə təpki göstərən Kasrils, Avstriyanın azadlıq mübarizəsi verən Fələstin xalqı əvəzinə, işğalçı İsraildən yana seçim etdiyini ifadə edib.
Sionizmin tarixi və təşkilat məqsədini izah edən Kasrils, Avstriyalı bir Yəhudi olan Teodor Herzlın sionizm doktrinasının dinə əsaslanmadığını, tamamilə siyasi olduğunu dilə gətirib.
"TRAMP SİYASƏTLƏRİ İSRAİLƏ DƏSTƏK VERİR”
Herzlın İngiltərənin Orta Şərqdə bir Yəhudi dövləti qurulmasına təsir etdiyini bildirən Kasrils, bu fikrin dövrün böyük gücü olan İngilis İmperiyasının maraqlarına xidmət etdiyi üçün qəbul olunduğunu, İsrailin yaranması ilə meydana gələn hadisələr əsasında regionun Qərbli güclərin arzuladığı istiqamətdə döndüyünü bildirib.
Kasrils keçmişdə İngiltərənin etdiyi kimi, bu gün də ABŞ-ın İsraili hər cəhətdən dəstəklədiyinə diqqəti çəkərək xüsusən ABŞ prezidenti Donald Trampın verdiyi qərarların bunun ən əhəmiyyətli göstəricisi olduğunu deyib.
Son illərdə artan İsrail və Sionizm ziddiyyətinin antisemitizm kimi tanınmasına qarşı çıxan Kasrils, İsrail başda olmaqla, dünyada çox sayda Yəhudinin sionizmə qarşı olduğunu bildirərək, "İsrail və Sionizm ziddiyyəti antisemitizmdir, yalanına etibar etməyin" deyə söyləyib.
Kasrils Cənubi Afrikada Apartheid rejiminin hökm sürdüyü dövrdə İsrailin bu ölkəni həm hərbi, həm də maliyyə cəhətdən dəstəklədiyini xatırladaraq bu vəziyyətin Sionizm və dövrün Cənubi Afrika rəhbərliyinin eyni mövqeləri bölüşməsinin vacib bir göstəricisi olduğunu vurğulayıb.
İsrail və Fələstin arasında paralel bir güc fərqinin olduğunu ifadə edən Kasrils, dünyaya baxmayaraq azadlıq mübarizəsini davam etdirən Fələstinlilərin hər cəhətdən dəstəklənməsi lazım olduğunu vurğulayıb.
Keçmiş Cənubi Afrika prezidenti Nelson Mandelanın Yasir Ərəfata "Fələstinlilər azad olmadığı üçün Cənubi Afrikalılar özlərini azad hiss etmir" dediyini xatırladan Kasrils, bu ifadənin irqçilik və faşizm əleyhinə həqiqi demokrat bir ölkənin azadlıq və ədalətin görünməsində həssaslığına işarə etdiyini söyləyib.
Müxalifət.az