İstanbulda tutulan iki casusdan biri həbsxanada intihar etdi
29-04-2019 11:04
Baxış sayı:
6688

Bir neçə gün əvvəl İstanbulda tutulan iki xarici casusdan biri saxlanıldığı Silivri həbsxanasında intihar edib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən gəldikləri bildirilən casuslar Milli İstihbarat Təşkilatının və antiterror polisinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onların Birləşmiş Ərəb Əmirlikləri adına casusluq fəaliyyəti üçün göndərildiyi bildirilirdi. Həmin şəxslərin kimlikləri açıqlanmır, ancaq KİV-lər videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən onların fotolarını yayıblar.