Jurnalistlər Baydenə gələn gizli məktubu ifşa etdilər - FOTO/VİDEO

Baxış sayı:
446

ABŞ prezidenti Co Bayden qubernatorlarla onlayn görüşü zamanı köməkçisindən “Cənab, çənənizdə bir şey var” qeydi olan məktub alıb.

Bununla bağlı kadrları “The New York Post” xəbər verib.

Məlumata görə, Ağ Evdən yayımlanan görüş zamanı Bayden köməkçisindən sözügedən məktubu alıb.

Jurnalistlər prezidentin səhər yeməyi üçün yumurta yediyi və üzündə kiçik bir parçası qaldığını ehtimal ediblər.

Kadrlardan görünür ki, mesajı oxuduqdan sonra prezident barmaqları ilə çənəsini silir. Məktubun mətni isə prezident həmin kağızın arxasına köməkçisinə cavab yazarkən görüntülənib.