Mehdiyev ilk dəfə "Böyük dəbilqə"nin qalibi oldu
24-02-2019 22:11
Baxış sayı:
2125

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük dəbilqə" turnirinin qalibi olub.
Məlumata görə, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı karyerasında ilk dəfə nüfuzlu yarışın qızıl medalını qazanıb.
O, finalda yaponiyalı Sanşiro Muraonu məğlubiyyətə uğradıb.