MİT və TSQ-dən MÜDHİŞ ƏMƏLİYYAT: Terrorçubaşının adamları öldürüldü...

Baxış sayı:
9739

Təhlükəsizlik güclərindən alınan məlumata görə, MİT və TSQ tərəfindən aparılan birgə əməliyyatda, 21 martda PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamlarından olan Rza Altun və yanındakı terrorçular Qəndilə qarşı keçirilən hava hərəkatı nəticəsində zərərsizləşdirilib.
 
Əməliyyatda aralarında PKK-nın sözdə xarici əlaqələr üzrə məsul şəxsi "Navdar" kod adlı Mikayıl Özdəmir, sözdə PKK-nın sözçüsü "Sərhəd Varto" kod adlı Əmrullah Qalsın və sözdə Qəndil Bölgəsinin məsul şəxsi "Sinan Soruş" kod adlı Ali Qoruq Ağdaşın yer aldığı yüksək səviyyəli təşkilat mənsubları da məhv edilib.
MİT tərəfindən Rza Altının Qəndilin İran sərhədinə yaxın bölgədə bir toplantı keçirəcəyini öyrənməsindən sonra əməliyyat hazırlıqları başlayıb. Bu çərçivədə Rza Altının istifadə edəcəyi bütün yollar və vasitələr nəzarət altına alınıb.
 
BAYRAQDAR TB2 İHA MÜƏYYƏN ETDİ, F-16l-ar VURDU
 
PKK-nın yuxarı eşelonunda olan terrorçu Altının Mikayıl Özdəmir və Əmrullah Qalsın ilə Qəndilin İran sərhədi yaxınlığındakı Abu Bakra kəndinə getdiyini Bayraqdar TB2 İHA təsbit edəndən sonra Türk Silahlı Qüvvələrinə aid F-16 təyyarələri tərəfindən hava hərəkatı keçirilməsi üçün lazımi koordinasiya yaradılıb.
Bu hazırlıqlar başa çatdıqdan sonra 21 martda günorta saatlarında MİT-in müəyyən etdiyi həssas koordinat hava hərəkatı ilə tam dəqiqliklə vurulub.
Hava hərəkatı nəticəsində PKK-nın xarici əlaqələrini koordinasiya edən terrorçu Mikayıl Özdəmir və təşkilatın sözdə Xarici Əlaqələr Komitəsində fəaliyyət göstərən Əmrullah Qalsının da aralarında olduğu yüksək səviyyəli terror təşkilatı mənsubları zərərsizləşdirilib.
Terror təşkilatının bölgədəki beynəlxalq aktyorlarla görüşlərini təmin edən və bəzi xarici mətbuat orqanlarında guya "Xarici İşlər Naziri" - deyə təqdim edilən Rza Altun isə əməliyyatda ağır yaralanıb. Altının son aqibəti hələlik bilinmir.
Təşkilatın regiondakı münasibətlərini idarə edən kadrların böyük zərbə aldığı və bölgədəki aktyorlara mesaj xarakteri daşıyan əməliyyat, eyni zamanda PKK-nın TSQ-dən gizlənmək üçün sığındığı Qəndilin iç bölgələrində də qurtuluşu olmadığını ortaya qoyub.
 
RZA ALTUN KİMDİR?
 
PKK-nın yaradıcı heyətində və Cəmil Bayık-a ən yaxın şəxslər arasında yer alan Rza Altun, keçmiş dövrdə terror təşkilatının sözdə İran və Avropa üzrə məsul şəxsi kimi fəaliyyət göstərib.
Terror təşkilatının sözdə İcra Şurası üzvlüyündə də olan Altın, sözdə Siyasi Komitə və sözdə Xarici Əlaqələr Komitəsində məsul səviyyədə yer alır.
Bölgədəki beynəlxalq aktorlar ilə təmaslar həyata keçirən terrorçu Altın, Daxili İşlər Nazirliyinin terrordan aranlar siyahısında qırmızı kateqoriyada yer alır.
Terrorçunun adı həm İnterpolun axtarılan şəxslər siyahısında, həm də ABŞ-ın narkotik qaçaqmalçısı siyahısında var.
 
MİKAYIL ÖZDƏMİR KİMDİR?
 
PKK terror təşkilatına 1990-cı ildə qoşulan Mikayıl Özdəmir ilk olaraq terror təşkilatının çöldəki məntəqələrində fəaliyyət göstərib, sonra Qəndilə keçərək PKK-nın sözdə xüsusi xidmət orqanlarının qurucu kadrları arasında yer alıb.
Terror təşkilatı PKK-nın rəhbər heyətindən Murad Karayılana bağlı olaraq maliyyə işlərdən məsul olan Özdəmir, Cəmil Bayık-ın ən güvəndiyi şəxslər arasında yer alır.
Terror təşkilatının sözdə Xarici Əlaqələr Komitəsində yer alan Özdəmir, PKK-nın xarici əlaqələrini koordinasiya edir.
 
ƏMRULLAH QALSIN KİMDİR?
 
Terror təşkilatı PKK-ya 1990-cı illərdə qoşulan Əmrullah Qalsın, terror məqsədli qəsb, qarət, təhlükəsizlik gücləri ilə qarşıdurmaya girməyə qədər bir çox cinayət işlərində qeydiyyatı var.
Bir vaxt təşkilatın sözdə İcra Şurasında yer alan terrorçu Əmrullah, son illərdə sözdə Xarici Əlaqələr Komitəsində fəaliyyət göstərib.
 
ƏLİ QORUQ AĞDAŞ KİMDİR?
 
PKK terror təşkilatına 1978-ci ildə qoşulan Ali Qoruq Ağdaş, 2009-ci ildən bu yana yüksək səviyyəli təşkilat üzvləri arasında yer alıb.
“Sinan Soruş" kod adı ilə uzun müddət Rusiya və Ermənistanda fəaliyyət göstərən Əli Qoruq Ağdaş, Avropa və Rusiyadan Qəndilə pul təminat fəaliyyətlərini idarə edib. İraqa 2011-ci ildə qayıtdıqdan sonra terror təşkilatının sözdə gömrük səbəbkarı olan Qoruq Ağdaş, 2014-ci ildə PKK-nın Mahmur üzrə məsul şəxsi olub.
Həmin il PKK terror təşkilatının sözdə Xarici Əlaqələr Orqanında vəzifə alan Qoruq Ağdaş, 2017-ci ildə Qəndil Bölgəsi üzrə məsul şəxs olub.

Müxalifət.az