Müxalifət lideri Kılıcdaroğlunu vuran kəndliyə “inək oğrusu” dedi

Baxış sayı:
17155

Türkiyədə İYİ partiyanın lideri Meral Akşener bu günlərdə CHP lideri Kamal Kılıcdaroğluna şəhid əsgərin dəfn mərasimi zamanı hücum edib yumruq zərbələri endirən kəndlini “inək oğrusu” adlandırıb.

Xatırladaq ki, həmin kəndli AKP üzvüdür və hakim partiya onu öz sıralarından çıxarmaq üçün prosedur başladıb. Amma Kılıcdaroğluna hücumu pisləməyib. Ankara ətrafındakı Çubukçu rayonunda baş vermiş həmin hadisələr zamanı kütlə CHP liderinə hücum edərək onu linç etməyə çalışıb.

Hücumda iştirak edənlərdən bir neçəsi, o cümlədən həmin kəndli saxlanılıb. Amma daha sonra sərbəst buraxılıb. Bundan sonra bir sıra AKP-çilər həmin kəndlinin evinə gedərək onunla görüşüblər, “qəhrəman” adlandırıblar.

“Sayın Kılıcdaroğluna yumruq atan sərbəst buraxıldı. İnək oğrusundan qəhrəman düzəltmək axmaqlıqdır. Qorxuram ki, inək oğrusuna türbə kimi ziyarətlər də başlayacaq”-Akşener deyib.