NATO baş katibi terrorçuları “qorxaq” adlandırdı - "Qadınları və uşaqları..."

Baxış sayı:
14584

NATO-nun baş katibi Jens Stoltenberq, "Bəzi terrorçular dini, bəziləri siyasi ideologiyadan sui-istifadə edir. Bir-birindən fərqli olduğunu iddia edib, fərqli səbəblərlə döyüşürlər, ancaq hamısı eynidir. Hamısı nifrətə, zora, günahsız kişiləri, qadınları və uşaqları öldürməyə inanır. Qorxaqdan başqa bir şey deyillər", - deyib.
 
Sttoltenberg bu sözləri NATO Xarici İşlər Nazirlərinin Toplantısı çərçivəsində olduğu Vaşinqtonda, ABŞ Konqresində təşkil olunan sessiyada söyləyib.
Stoltenberq terrorun NATO üzvlərinin azadlığına, dəyərlərinə və həyat tərzlərinə hücum etdiyini bildirərək, "Terrora qarşı cavabımız, daha çox aşkarlıq və demokratiya olmalıdır. Dəyərlərimiz üstün gələcək. Azadlıq təzyiqə, dözümsüzlük tolerantlığa və sevgi nifrətə üstün gələcək. Bunu Yeni Zelandiyadakı (təcavüzə məruz qalan) məscidlərin bağına buraxılan çiçəklərdə gördüm", - qeyd edib.

Müxalifət.az