Netanyahu Trampa minnətdardır

Baxış sayı:
9043

 ABŞ işğalı altındakı “Golan Təpələri”ndə özünü prezident kimi görən Trampa təşəkkür etməyə doymayan İsrailin baş naziri Binyamin Netanyahu, bu torpaqlardan heç vaxt imtina etməyəcəklərini deyib.
 
Dünən ABŞ prezidenti Donald Trampın “Golan Təpələri”ndə "İsrail suverenliyini" tanıyan prezident fərmanını imzalaması ilə cəsarətlənən İsrailin baş naziri Binyamin Netanyahu, Trampı tərifləyərək ona dəfələrlə təşəkkür edib.
İsrailin paytaxtı Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasından ABŞ-dakı ən təsirli İsrail tərəfdarı lobbi təşkilatı Amerika İsrail Xalqlarının Əlaqələr Komitəsinin illik iclasında telekonfrans yolu ilə qatılan Netanyahu, gündəliyə dair dəyərləndirmə edib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, dünən Ağ Evdə İsrailin baş naziri Netanyahu ilə keçirdiyi görüşdə "Golan Təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmən tanıdığını" elan edən rəhbərlik qərarını imzalamışdı.
 
NETANYAHU: PREZİDENT TRAMP TARİX YAZDI
 
 “Golan Təpələri”nin əhəmiyyətinə diqqəti çəkən Netanyahu, "Golan Təpələri İsrailin bir hissəsidir və İsrailin təhlükəsizliyi ilə tariximiz üçün əvəzolunmaz bir yerdir. Heç vaxt buradan əl çəkməyəcəyik" deyib.
Netanyahu çıxışında həmçinin, "Golan Təpələrindəki İsrail suverenliyini" tanıyan Trampa təşəkkür edərək, "Prezident Tramp yenə tarix yazdı. Bu böyük alqışı haqq edir" deyə bildirib.
Qeyd edək ki, İsrail Suriya torpağı olan “Golan Təpələri”ni 1967-dən bu yana işğal altında saxlayır.
 
QƏZZA TƏCAVÜZÜNƏ TOXUNUB
 
 Mühasirə altındakı Qəzza Zolağında dünən başlayan və bu gün səhər erkən saatlara qədər davam edən İsrail hücumlarına toxunan Netanyahu, "Güclü bir şəkildə cavab verdik. Daha artığını etməyə hazırıq. Dövlətimizi və xalqımızı qorumaq üçün nə lazımdırsa onu edəcəyik" deyib.
Müxalifət.az