Obamanın kitabı rekord vurur: 5 aya 10 milyon satış

Baxış sayı:
6649

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Becoming” avtobioqrafik kitabı yaxın zamanlarda dünyanın ən populyar memuarına çevrilə bilər.
Muxalifet.az xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” qəzeti yayıb. Məlumata görə, 5 ay ərzində bu kitabın 10 milyon nüsxəsi satılıb. Mişel Obamanın kitabı həmçinin 31 dilə tərcümə edilib.
Qeyd edək ki, 2017-ci ildə Barak və Mişel Obamaların memuarlarının nəşri üçün “Bertelsman” şirkəti 65 milyon dollar ödəniş edib. Bundan sonra Mişel Obamanın memuarları dərc edilsə də Barak Obamanın xatirələri hələlik yayımlanmayıb.