Öcalanla Qəndil baronları arasında ixtilaf

Terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın qardaşı Osman Öcalan, Qəndildəki PKK rəhbərliyi ilə İmralı arasında münaqişə olduğunu deyib.
K24-ün xəbərinə görə, PKK ilə Abdullah Öcalan arasında münaqişə olduğunu vurğulayan Osman Öcalan, "Aclıq aksiyaları ölümlərə səbəb olmamalıdır, münasibəti doğru bir yoldur. Amma Qəndil rəhbərliyinin "İmralıda keçirilən görüş müqaviməti zəiflətmək üçün planlaşdırılmışdır” açıqlaması doğru deyil. Qəndil rəhbərliyi legitimliyini itirmişdir" deyib.
"Qəndil Abdullah Öcalanın əksinə hərəkət edir" deyən Osman Öcalan, "PKK-da kürd milli hərəkatı içərisində qeyri-qanuni bir hakimiyyət iş başındadır. Bu qatı idarəetmə problemləri həllə aparacaq keyfiyyətdə deyil. Kürd xalqı müxtəlif yollarla bu rəhbərliyi xəbərdar etməli, mümkünsə, taxtdan salmalıdır" deyə bildirib.
Aclıq aksiyası mesajı
İmralıdan həbsxanalarda davam edən aclıq aksiyaları ilə bağlı gələn mesajı isə Osman Öcalan belə dəyərləndirib:
"Əslində aclıq aksiyaları Türkiyəyə geri addım atdırmağa yönəlikdir. Bunun içində Öcalan da var. PKK hərbi və siyasi müstəvidə zəif düşüb, burada bir boşluq var. Bu boşluğu doldurmağın yeganə yolu fərqli bir mübarizə meydanı tapmaqdır, bu da aclıq aksiyası, ölüm oruclarıdır. Bu mənada mübarizənin yükünü həbsxanalara yükləmək kimi bir yanaşma var. Daha ilk gündən aksiyanın davam edəcəyi açıqlanıb. Mən Osman Öcalan olaraq aclıq aksiyalarını çox müsbət qiymətləndirmirəm".
Müxalifət.az