"Öz milli müharibə təyyarəmizi istehsal edəcəyik" - Ərdoğandan kritik F-35 açıqlaması

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən IDEF-19 14-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisində çıxış edərək, ABŞ-ın Türkiyəyə təzyiq vasitəsi olan F-35 təyyarəsi məsələsinə toxunub.
Ərdoğan çıxışında, “Rusiya ilə gəldiyimiz S-400 sazişinin arxasında belə bir proses vardır. Öz hava müdafiə sistemlərimizi istehsal etmə mövzusunda çox sürətli yol alırıq.
F-35-lər məsələsində də bənzər bir haqsızlığa, təzyiqə məruz qalırıq.
Türkiyənin təcrid olunduğu bir F-35 layihəsi tamamilə çökməyə məhkumdur. Bunu da hər kəs bilməlidir.
Öz milli müharibə təyyarəmizi istehsal etmə addımlarını sürətlə atırıq.
Gələcəyin texnologiyası kimi baxılan insansız müharibə təyyarələri ilə bağlı çox gərgin işlərimiz vardır”, - deyə kritik açıqlamalar bildirib.
Müxalifət.az