Paşinyan Vyanaya gedir - Qarabağ görüşü olacaqmı?
26-03-2019 16:58
Baxış sayı:
6289

Ermənistanın baş naziri Nikol Paşinyan Vyanaya gedir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “armenpress” rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paşinyan Avstriyaya özü ilə nümayəndə heyətini də aparacaq. Səfər 28-29 mart tarixində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazirin martın 29-da Vyanada rəsmi görüşünün keçiriləcəyi haqqında məlumatlar var. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.