Peskov: Tramp beynəlxalq hüququ yenə pozdu
26-03-2019 19:22
Baxış sayı:
6430

ABŞ Prezidenti Donald Tramp Qolan təpələrində İsrailin süverenliyini rəsmən tanımaqla beynəlxalq hüququ növbəti dəfə pozur.
Muxalifet.az xəbər verir ki, bu sözləri mətbuat konfransında danışan Kremlin sözçüsü Dimitri Peskov deyib. O bildirib ki, sözügedən qərar həm Yaxın Şərqdəki, həm də Suriyadakı siyasi proseslərin həllinə mənfi təsir göstərəcək.
Həmçinin o vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Livan Prezidenti Mişel Aunla keçirilməsi planlaşdırılan görüşdə də sözügedən məsələni müzakirə edəcək.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 1967-ci ildə İsrailin işğal etdiyi Qolan yüksəkliyini İsrailin ərazisi kimi tanımaqla bağlı qərarı imzalayıb.