PKK/YPG terror təşkilatından “Türkiyə” həmləsi

Baxış sayı:
6454

YPG-PYD terror təşkilatının Böyük Britaniyadakı uzantıları “Peace in Kurdistan”, (Kürdüstanda Azadlıq) Democratic Kurdish Peoples Assembly UK, (Birləşmiş Krallıqdakı Demokratik Kürd Xalqları Məclisi) Roj Women Assembly (Roj Qadın Məclisi) və Kurdistan National Congress (Kürdüstan Milli Konqresi) adlı qondarma dərnəklər İngiltərəni Türkiyəyə qarşı qızışdırmağı planlaşdıran xain bir fəaliyyətə başlayıb.
 
 İngiltərədə tanınan şəxslərin yaratdığı və aralarında millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər, alimlər, musiqiçilər, aktivistlər, sənətkarlar və yazıçıların da olduğu 150-yə yaxın şəxsin imzası ilə İngiltərənin Xarici İşlər naziri Ceremi Hun-a məktub yazıblar. Türkiyədə 7 min kürd məhkumun aclıq aksiyasında olduğunu, aclıq aksiyasının Avropa təşkilatlarına da yayıldığını iddia edən terrorçu qruplar, İngiltərədən tələblər edəcək qədər irəli gedib.
 
TERRORÇUBAŞI ÜÇÜN TƏZYİQ
 
 Məktubda, İngiltərənin dərhal hərəkətə keçərək aclıq edən məhkumların tələblərinin reallaşması üçün Türkiyəyə təzyiq göstərilməsi, terrorçubaşı Öcalanın kürdlərin lideri olduğu iddiasının qəbul etdirilərək Türkiyənin vətəndaşı olan kürdlərlə masaya oturması lazım olduğu, Öcalanın qaldığı həbsxananın həm İngilis, həm də Avropa İşgəncələrin Qarşısının Alınma Komitəsi tərəfindən ətraflı şəkildə araşdırılması tələb olunub. “Aclıq aksiyası keçirənlər üzü üstə buraxmayın” ifadəsinin yer aldığı xain məktubda, Ceremi Hun vasitəsilə Türkiyə Xarici İşlər Nazirliyinə təzyiq edilməsi istənib.
 
BAŞ NAZİRƏ DƏ YAZMIŞDILAR
 
Qeyd edək ki, fevral ayında da İngiltərənin Baş naziri Teresa Meyə bir məktub yazan terror təşkilatı, ABŞ-ın Suriyadan çəkilmə qərarı səbəbilə təlaşa qapılaraq bölgədə təşəbbüsü İngiltərənin almasını istəmişdi. Təşkilat Türkiyənin mümkün sərhəd əməliyyatı keçirdiyi təqdirdə həbs etdikləri İŞİD terrorçularını azad etmə təhdidini də üstüörtülü şəkildə etmişdi.
Müxalifət.az