Poroşenko administrasiyası məxfi sənədi itirdi - ŞOK

Baxış sayı:
6427

Ukrayna Təhlükəsizlik Xidməti prezident Pyotr Poroşenko administrasiyasında sənədin yox olmasını araşdırır.
Bu haqda məhkəmə materiallarına istinadən “Ukraynskaya novosti” yazıb.
Nəşrin məlumatına görə, 2015-ci ilin aprelində Milli korrupsiyaya qarşı büronun direktoru vəzifəsinə namizədlər haqqında məxfi informasiyanı özündə saxlayan kağızlar Təhlükəsizlik Xidmətindən prezident administrasiyasının başçısına çatdırılıb. 2018-ci ilin dekabrında isə xüsusi xidmət orqanı onların mövcudluğunu təsdiq etməyi məmurlardan xahiş edib. Lakin sənədin itdiyi məlum olub./Publika