Poroşenko yüksək dəqiqlikli raket silahını hazırlamağı tapşırdı - RUSİYA SƏRHƏDLƏRİNDƏ...
14-03-2019 01:26
Baxış sayı:
6061

Ukrayna yeni raketlərinin sınaqlarını Çerniqov vilayətində keçirəcək.
Publika.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
Poroşenko daha əvvəl ölkənin müdafiə müəssisələrinə böyük hərəkət radiusu olan yüksək dəqiqlikli raket silahını hazırlamağı tapşırıb. O həmçinin qeyd edbi ki, Ukrayna yaxın vaxtlara qədər Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə əlaqədar müxtəlif məhdudiyyətlərə tərəfdar olmağa məcbur idi.
Qeyd edək ki, Çerniqov vilayəti Rusiya ilə sərhəddə yerləşir.