Qadın seçki günü öldü: arzusu həyata keçmədi

Baxış sayı:
2662

Ukraynanın Zaparojye şəhərində seçkilər günü pensiyaçı qadının yaşadığı mənzildə meyiti tapılıb.
Muxalifet.az yerli “Zabor” saytına istinadən xəbər verir ki, seçki komissiyasının üzvləri evdən səsvermə hüququndan istifadə etmək istəyən qadının mənzilinə yollansalar da, onun cəsədini aşkar ediblər.
Ehtimal edilir ki, qadın onların gəlişindən təxminən yarım saat əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Ukraynada prezident seçkiləri baş tutub.