"Qalatasaray"ın əfsanəsi klubdan ayrıldı
17-07-2019 11:07
Baxış sayı:
9436

Türkiyənin "Qalatasaray” klubunun qapıçılar üzər məşqçisi Klaudio Taffarel klubdan ayrılıb.
Muxalifet.az xəbər verir ki, məşhur qapıçı özü klubdan ayrılmaq istədiyini bildirib. O, klub rəhbərliyi və Fatih Terimə yorulduğu üçün komandanı tərk etmək istədiyini bildirib. K.Taffarelin bu addımının Braziliya millisində çalışmaq istəməsi ilə bağlı olduğu iddia edilir.
Qeyd edək ki, 1988-98-ci illərdə Braziliya yığmasında çıxış edən qapıçı 1998-2001-ci illərdə "Qalatasaray”ın şərəfini qoruyub.