"Qarabağ" Bakı Metropoliteninə müraciət edib
27-11-2018 12:41
Baxış sayı:
5605

"Qarabağ" klubu Bakı Metropoliteninə müraciət edib.
Muxalifet.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Avropa Liqasının V turunda "Sportinq"lə keçiriləcək oyunun gec başa çatacağını nəzərə alaraq azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec- saat 01:00-də bağlanması üçün Bakı Metropoliteninə müraciət edib.
Bakı Metropoliteni klubun müraciətini nəzərdən keçirdikdən sonra cavab verəcək.
Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.