"Qarabağ" "Borisov Arena"da: mühüm matç üçün son məşq
12-08-2018 21:23
Baxış sayı:
2407

"Qarabağ" klubu sabah Bakı vaxtı ilə 19:00-da BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.
Baş məşqçi Qurban Qurbanov isə 18:45-də media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, BATE - "Qarabağ" matçı 14 avqust saat 21:00-da start götürəcək.