Qəndildəki terrorçubaşlarına qarşı “Pəncə” əməliyyatı

Baxış sayı:
4510

Türkiyənin İraqın şimalında terror təşkilatı PKK-nın terrorçubaşlarına aid qərargah və sığınacaqlara qarşı əməliyyat keçirilib.
 
Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən yazılı açıqlamaya görə, İraqın şimalında PKK terror təşkilatının liderlərinə aid hədəflər ilə terror hazırlığında olan terrorçulara qarşı hava hərəkatı təşkil olunub.
Açıqlamada, "”Pəncə” əməliyyat planı çərçivəsində İraqın şimalı Qəndildə PKK terror təşkilatının liderlərinə aid sözdə qərargah və sığınacaqlar ilə Hakurk və Avaşin-Basyan bölgələrində sərhəd qoşunlarımıza terror basqını hazırlığında olan PKK-lı terrorçular 30 mart 2019 tarixində səhər saatlarında vurulmuşdur" deyə bildirilib.
Müxalifət.az