Ramil Usubov yeni rəis təyin etdi
27-03-2019 11:02
Baxış sayı:
9373

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.
O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.
İdarədən məlumatı sözügedən sayta təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.