Ərdoğan S-400-lərlə bağlı son qərarını açıqladı

Baxış sayı:
7435

Türkiyə təsdiq etdi ki, ABŞ tərəfindən görünməmiş təzyiqə baxmayaraq, S-400 zenit-raket sistemlərinin çatdırılması üzrə Rusiya ilə razılıqda heç bir dəyişiklik olmayacaq. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə bildirib. Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edib.