"Robinson" qəzaya uğradı: ölənlər var
30-04-2019 08:40
Baxış sayı:
13894

ABŞ-ın Haway əyalətində 3 nəfərlik bir tur vertolyotu avtomobil yoluna düşüb. Vertolyotdakı hər 3 nəfər ölüb.
"Robinson R44" II vertolyotu Havay əyalətinin Kailua bölgəsindəki bir avtomobil yolunda saat 09.15-də qəzaya uğrayıb. Hadisəni görənlər xilasetmə qruplarına və təcili yardıma xəbər verib.
Honolulu Xilasetmə İdarəsinin səlahiyyətliləri vertolyot qəzasında 3 adamın öldüyünü açıqlayıb.Vertolyotun tur xidmətlərini təmin edən bir firmaya aid olduğu və qəzanın səbəbinin araşdırıldığı bildirilib.
Müxalifət.az