Rusiyada tərəvəz bazası yandı - 4 NƏFƏR ÖLDÜ

Baxış sayı:
2476

Rusiyanın Lipetsk vilayətində tərəvəz saxlanılan yerdə faciə ilə nəticələnən yanğın baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, ümumi sahəsi 800 kv/m olan saxlanğıcda baş verən yanğının söndürülməsinə 34 yanğınsöndürən və 14 texnika cəlb olunub.
Yanğının qarşısı alınsa da, dörd nəfəri ölümdən xilas etmək mümkün olmayıb.  
Meyitlər yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Səbəblər araşdırılır.