S-400-dən sonra Türkiyədən yeni həmlə

Rusiyanın dövlət silah ixracat şirkəti Rosoboroneksportun Baş direktor müavini Sergey Ladıgin Türkiyənin öz uzun mənzilli havadan müdafiə sisteminin yaradılması haqqında Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparıldığını açıqlayıb.
Türk rəsmiləri ilə yüksək texnologiyaya dair sahələrdə əməkdaşlığı müzakirə etdiklərini bildirən Ladıgin, "Bu görüşlər iki istiqamətdə gedir. S-400 hava müdafiə sistemlərində bəzi parçaların Türkiyədə istehsal edilməsinə dair imkanları qiymətləndiririk" deyib.
Müzakirə edilən digər məsələ də milli bir havadan müdafiə sisteminin yaradılması haqqında olduğuna işarə edən Ladıgin, "Türkiyənin maraqları istiqamətində öz uzun mənzilli hava sisteminin yaradılmasını müzakirə edirik. Bu S-400-dən başqa, Türkiyə üçün yeni bir sistem və bu istiqamətdə birgə işlərə dair danışıqlar aparırıq" deyə bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün IDEF-in açılışında etdiyi çıxışında, "Öz hava müdafiə sistemlərimizi istehsal etmə mövzusunda çox sürətli bir şəkildə yol alırıq" demişdi.
Müxalifət.az