Samur kanalında batan gənc ailənin yeganə övladıdır - AXTARIŞLARI DAVAM ETDİRİLİR
30-04-2019 12:20
Baxış sayı:
15463

Samur-Abşeron kanalında batan Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun axtarışları hələ də davam edir.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, üç gün vaxt keçməsinə baxmayaraq, gəncin nəşi tapılmayıb.
Ailənin tək övladı olan İmamyar, Ələkbərovlar ailəsinin yeganə övladıdır. Ata-anası evliliklərinin onuncu ilində övlad sahibi olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.