Seçki pozuntusu ilə bağlı 950 ŞİKAYƏT VAR - Ukraynada gərginlik artır
31-03-2019 18:42
Baxış sayı:
2788

Bu gün Ukraynada keçirilən prezident seçkilərində qanun pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə 950 müraciət daxil olub.
Yerli media xəbər verir ki, qanun pozuntuları Kiyev, Dnepr, Odessa, Donetsk, Xarkov, Luqansk və Vinnitsa şəhərlərində qeydə alınıb.
Müraciətlər əsasən qanunsuz təbliğat-təşviqat, seçicilərə rüşvət verilməsi, bülletenlərə ziyan vurulması, bülletenlərin fotosunu çəkmə və bülletenləri seçki məntəqəsində çıxarmağa cəhdlə bağlıdır.
12 faktla bağlı cinayət işi açılıb.