Şəmkirdə 200-dək qəbir dağıdıldı

Baxış sayı:
7840

Şəmkirdə dəhşətli hadisə yaşanıb.

Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Keçili kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları sındırılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Olay yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.