ŞOK: NATO-da Türkiyəyə hərbi müdaxilə planı

NATO qərargahında 2010-ci ildə bir manevrdə Türkiyə xəritəsi istifadə edilərək "vətəndaş müharibəsi və kənardan müdaxilə" ssenarisinin danışıldığı ortaya çıxıb. FETÖ-çuların təsirli olduğu dövrdə müzakirə edilən ssenari 12 fevral MİT böhranı, Oslo prosesi, “Gəzinti” hadisələri, 17-25 dekabr çevriliş cəhdi, xəndək terroru və 15 iyilda addım-addım həyata keçirilməkk istənib. NATO-nun müdaxiləsi ilə bağlı hərbi təlim də reallaşdırılıb. Plana görə, müdaxilə zamanı "qırmızı ölkə"nin qoşunları NATO-nu dəstəkləyəcəkdi.
Təlim qalmaqalı ilə təpkiyə səbəb olan NATO-da təxminən 9 il əvvəl təşkil edilən bir beynəlxalq təlimdə sanki Türkiyəyə müdaxilə təliminin həyata keçirildiyi ortaya çıxıb. FETÖ-cü zabitlərin NATO qərargahlarında aktiv olaraq vəzifə aldığı 2010-cu illərin əvvəlində təşkil edilən təlimin ssenarisi, 'daxili qarışıqlıq yaşayan bir ölkəyə NATO müdaxiləsi' olaraq hazırlanıb.
Ssenari daxilində coğrafi, mədəni və demografik quruluşu Türkiyəyə bənzər 'qırmızı ölkə' hədəf qoyulub. Bu ölkə xəritədə, Türkiyə xəritəsinin tərsinə çevrilmiş, şərq-qərb yeri dəyişdirilmiş və sıxışdırılmış şəkildə rəsm edilərək Afrika qitəsinin ortasına yerləşdirilib. Ssenariyə görə, 2025-ci ildə bu ölkədə daxili qarışıqlıq baş verib.
'Qırmızı' ölkədə çıxan daxili qarışıqlığın etnik ayrıseçkiliklə də dəstəklənərək xalqın bir-biri ilə toqquşduğu bu ssenaridə, NATO-nun bu ölkəyə müdaxiləsinin təlimi edilib. Təlimdə qırmızı ölkəyə müdaxilənin şərtləri olaraq 'ölkənin silahlı qüvvələrinin NATO müdaxiləsinə qarşı çıxmamaları', 'ölkədəki qarışıqlığı bitirmək üzrə NATO birliklərini dəvət etmələri' və 'NATO əsgərlərinə kömək olmaları' öngörülüb. Təlimdə qırmızı ölkə silahlı qüvvələrinin hərbi rəhbərliyinin NATO-nun bütün qurumlarıyla uyğun olaraq çalışması üçün lazım olanların yanında NATO-ya qarşı xalqa rəhbərlik edə biləcək şəxslərin etibarsızlaşdırılması və təsirsiz hala gətirilməsinin təlimləri də edilib.
FETO SIZMANI SÜRƏTLƏNDİRİR
Ssenariyə görə, NATO əməliyyatının müvəffəqiyyətli olması üçün qırmızı ölkənin qonşularının da qətiliklə müdaxilə etməmələri, müdaxilə etmələri vəziyyətində xalqın NATO-ya və xarici ölkə əsgərlərinə qarşı qalxa biləcəyi nəzərdə tutulurdu. O gün bu təlim məşqi problemsiz həyata keçirildi. TSQ-dən olan zabitlər də həmin təlimə qatılıb. O vaxtlar FETÖ üzvləri olan NATO zabitləri arasında şəxslər vardı. FETÖ üzvü olmayan bəzi heyət üzvləri bu xəritədə istifadə edilən hərəkata qarşı etiraz etsələr də, amma müvəffəq ola bilməyiblər. FETÖ üzvləri NATO-da təlim etdikləri bu ssenarini Türkiyədə tətbiq etmək üçün sonrakı illərdə dalbadal təxribat planlarına yol verib. FETÖ bu tarixdən sonra TSQ-də 2020-də ordunun komanda heyətini tamamilə ələ keçirməyi əmr edir. Qondarma məhkəmə işi ilə vəzifədən alınmış hərbi rəhbərlərin yerinə FETÖ üzvləri yerləşdirilir. Eyni vaxtda da Türkiyədə daxili qarışıqlıq yaratmaq üçün də hazırlıqlar görülür. MİT böhranı, Oslo prosesi, “Gəzinti” hadisələri, 17-25 dekabr əməliyyatı, xəndək terroru və nəhayət 15 iyul çevriliş cəhdi də bu prosesin tərkib hissəsi idi.
Müxalifət.az