SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 8 yaralı/FOTO (YENİLƏNDİ)

Baxış sayı:
15457

Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
"VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlüSücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

***

Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb.
Hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.
Qəza nəticəsində 3 nəfər ölüb 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Şəmkiir Rayon Mərkəzi Xəstəxanasına çatdırlınlar.
Faktla bağlı araşdırma aparılır. (report)

***

Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir".
Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.