SON DƏQİQƏ: Hava limanında atışma: 2 polis yaralandı
26-03-2019 19:14
Baxış sayı:
7540

Türkiyənin Kayseri şəhərindəki hava limanında atışma qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, məlumatı NTV televiziyası yayıb. Atışmaya polislər arasında yaranan mübahisə səbəb olub. Belə ki, mübahisə edən tərəflər daha sonra silaha əl ataraq, hava limanının daxili reyslər bölməsində bir-birilərinə atəş açmağa başlayıblar.
Yaralanan polislər dərhal xəstəxanaya çatdırılıblar.