“Səudiyyə şahzadəsi Türk qəhvəsini içməyi rədd etdi” iddiasını təkzib etdilər

Baxış sayı:
8605

Türk-Ərəb Araşdırma Mərkəzindən “Səudiyyə şahzadəsi Türk qəhvəsini içməyi etdi” yönündəki iddiaları təkzib edib. Türk-Ərəb Araşdırma Mərkəzi Riyad valisi və Səudiyyə Məclisinin üzvü şahzadə Faysal bin Bandar Əl Səudun ona verilən qəhvənin Türk qəhvəsi olduğunu öyrənincə içməyi rədd etdiyi yönündəki xəbərlərin həqiqəti əks etdirmədiyinə diqqət çəkərək ortada tərcümə xətası olduğunu açıqlayıb. Türk-Ərəb Araşdırma Mərkəzi tərəfindən aparılan açıqlamada, Səudiyyə şahzadəsinin sadəcə əməkdaşları ziyarət etdiyini, ikram edilən şeyləri nəzakət olaraq aldığını, dadına baxmadan geri verdiyinə diqqət çəkilib. Bu cür xəbərlərin Türk və Ərəb xalqları arasını vurmağa yönəlik olduğu irəli sürülüb. Müxalifət.az