Suriyalılar Trampa qarşı etiraz aksiyası keçirir - FOTO

Baxış sayı:
6436

Suriyanın demək olar ki, bütün ərazisində vətəndaşlar ABŞ prezidenti Donald Trampın Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanımasna qarşı kütləvi etiraz aksiyası keçirirlər.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət informasiya agentliyi məlumat yayıb. 
Qeyd olunur ki, Suriyanın paytaxtı Dəməşqdə, eləcə də, Homs, Deyr-əz-Zor, Qamışlı, Kuneytra (Colan təpələrində yerləşir) və digər iri şəhərlərdə minlərlə sakin Trampın qərarına və İsrailin işğalçı siyasətinə etiraz edirlər.