Təbriz klubundan möhtəşəm qələbə - “Traktor Sazi” cavabsız 3 qol vurdu

Baxış sayı:
3223

İran çempionatında 23-cü turun oyunları davam edir. Qol.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə “İstiqlal Xuzestan”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib “İstiqlal Xuzestan” – “Traktor Sazi” – 0:3 Qollar: Suqita, 16, Esmaeilfar, 43, Dejagaj, 66 Bu qələbə ilə xalını 46-ya yüksəldən Təbriz klubu 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 48 xalla “Persepolis” başçılıq edir. “İstiqlal” 43 xalla 3-cüdür.