Tramp: “Hər kəs Tehranı dərhal tərk etməlidir”

Baxış sayı:
534

ABŞ prezidenti Donald Tramp hər kəsin İranın paytaxtı Tehranı dərhal tərk etməli olduğunu deyib.

ABŞ prezidenti bunu öz “Truth” hesabında yazıb.

"İran nüvə proqramı ilə bağlı onlara imzalamağı söylədiyim sazişi imzalamalı idi. Bu biabırçılıq və insan tələfatıdır. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal tərk etməlidir!" – o yazıb.

Tramp insanların niyə Tehranı boşaltmalı olduqlarını deməyib.