Tramp Səudiyyə Kralı Salmandan necə pul aldığını söyləyib: "Onlar səfehdirlər".

Baxış sayı:
6526

ABŞ prezidenti Donald Tramp Bildə keçirilən bir tədbirə qatılaraq burada Səudiyyə Ərəbistan ilə bağlı maraqlı bir detalı da ictimaiyyətilə bölüşüb.
 
Tramp Səudiyyə Ərəbistanının kralına zəng edərək "Səudiyyə kralını sevirəm. Krala “Sizi qorumaq üçün qırmızı xəttimizi keçirik və sizin çoxlu pulunuz var” dedim. O da “mənə niyə zəng etdin ki? Daha əvvəl kimsə (hər hansı bir ABŞ prezidenti) mənə bu səbəblə zəng etməmişdi” dedi. Mən də “onlar səfehdir ona görə” dedim və pulu göndərdi" deyə söyləyib.
 
BİR ZƏNGLƏ 500 MİLYON DOLLAR
 
 Həmçinin Tramp "Bir zənglə bizə 500 milyon dollardan çox pul verdilər. Biz onları qoruyuruq. Bunlar zəngin ölkələrdir. Həmçinin bizdən çox şey də satın alırlar. Bizə 450 milyard dollar da veriblər. Mən bu pulu itirmək istəmirəm" deyib.
 
ABŞ QORUDUĞU ÖLKƏLƏRDƏN PUL ALMAQ İSTƏYİR
 
 ABŞ prezidenti Donald Tramp hər fürsətdə bir çox ölkəni qoruduqlarını və bu ölkələrin ABŞ-a ödəniş etməsi lazım olduğunu dilə gətirir.
Müxalifət.az