Trampa xəbərdarlıq: Müharibəyə sürükləyə bilər

Baxış sayı:
6400

 Amerikanın “New York Times” (NYT) qəzeti prezident Donald Tramp rəhbərliyinin İrana daha çox sanksiya tətbiq etdiyi təqdirdə ABŞ-ın yeni bir müharibəyə sürüklənə biləcəyini yazıb.
 
Qəzet, "Tramp İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu bizi müharibəyə sürükləyə bilər" başlıqlı yazısında, İrana tətbiq olunacaq sanksiyalar və mümkün təsirlərinə toxunub.
Trampın ötən il İran neftinə sanksiya tətbiq edib, Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri azad tutaraq nəbzini yoxladığı ifadə edilən məqalədə, Tehran rəhbərliyinin bu sanksiyaya səssiz qalmasından güc alan Trampın, indi də həmin ölkələrə İrandan neft idxalını dayandırması üçün təzyiq etməyə başladığı qeyd olunub.
Tramp rəhbərliyinin İsrail və müttəfiqləri adına regiondakı fəaliyyətləri səbəbiylə İranı cəzalandırmaq istədiyinə diqqət çəkilərkən, "ABŞ rəhbərliyi Tehranı nüvə fəaliyyət barədə keçmiş prezident Barak Obama administrasiyası ilə müzakirə edilənlərdən daha qəti şəkildə nəzarət altına almağa çalışır" deyə bildirilib.
 
YENİ BİR MÜHARİBƏYƏ SÖVQ EDƏ BİLƏR
 
Məqalədə, İrana artaraq davam edən sanksiyaların ABŞ üçün təhlükəli bir ölçüyə gəldiyi müdafiə edilərək, bu ifadələrə yer verilib:
Bu təxribata səbəb ola biləcək sanksiyalar İranı yenidən böyük ölçüdə uran zənginləşdirməyə və ABŞ-ın cavab verməsini zəruri edən Amerikalılara mümkün hərbi təcavüzə yol aça bilər, ABŞ-ı prezident Trampın əngəlləməyə çalışdığını dediyi yeni bir Orta Şərq müharibəsinə sövq edə bilər".
 
İRAN ABŞ SEÇKİLƏRİNİ GÖZLƏYİR
 
 Digər tərəfdən, Tehran rəhbərliyinin sanksiyalara qarşı ilk mərhələdə Trampın yenidən seçilməyəcəyinə ümid edərək gələcək 18 ay ərzində gözləməyə üstünlük erəcəyinə diqqət çəkilən məqalədə, Trampın təkrar seçildiyi təqdirdə İranın sərt cavab verə biləcəyi, bu halda Trampın bu hücumları görməməzliyə vurmaq və ya cavab verərək yeni bir müharibənin başlaması arasında seçim etmək məcburiyyətində qalacağı irəli sürülüb.
Qarşılıqlı bəzi addımların mümkün olduğu, lakin Tramp rəhbərliyinin çıxa biləcək hərbi bir münaqişəyə ehtimal vermədiyi bildirilən məqalədə, bunlar qeyd edilib:
“Tramp hökumətinin hesaba daxil  etmədiyi şey qarşılıqlı qarşıdurma vəziyyətinin mümkün olmasıdır. Çünki Tramp hökuməti Tehrana çox dar seçim imkanı verir. ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo ABŞ rəhbərliyinin danışıqlara açıq olduğunu bildirərkən, Tehranın mövcud xarici siyasətindən tamamilə imtina etməsini tələb edən bir sıra şərt siyahı təqdim edir. Bu siyahıda İranın nüvə başlıqlı raket istehsalına və İsrailə düşmən mövqeyinə son verməsi kimi istənilən maddələr, İranın Səudiyyə Ərəbistanı və digər regional ölkələrlə rəqabətinə görə arzu edilən, amma həqiqətdən uzaq olan maddələrdir".
Müxalifət.az